Statistika Komitəsinin Aparat rəhbəri vəzifəsinə daxili müsahibə elan edilib: DİM

Statistika Komitəsinin Aparat rəhbəri vəzifəsinə daxili müsahibə elan edilib: DİM

Hazırda oxunan: Statistika Komitəsinin Aparat rəhbəri vəzifəsinə daxili müsahibə elan edilib: DİM
633565
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Avqustun 28-də 4 dövlət orqanında inzibati vəzifələrin 1-3-cü təsnifatlarına uyğun 9 vakant vəzifənin tutulması məqsədilə daxili müsahibə elan edilib.

Bizim.Media xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən (DİM) verilən məlumata görə, daxili müsahibə elan edilən vəzifələrin 6-sı inzibati vəzifələrin ikinci, 3-ü isə üçüncü təsnifatına aiddir.

Müsahibəyə çıxarılan ən yüksək vəzifə Dövlət Statistika Komitəsinin Aparat rəhbəri vəzifəsidir. Həmin vəzifə inzibati vəzifələrin ikinci təsnifatına uyğundur.

Qanunvericiliyin tələblərinə uyğun olaraq, daxili müsahibə üzrə sənəd qəbulu elektron qaydada həyata keçirilir. Bu, vətəndaşların rahatlığının təmin olunmasına, vaxt itkisinin və maliyyə xərclərinin qarşısının alınmasına, eləcə də DİM tərəfindən göstərilən dövlət xidmətlərinin daha əlçatan olmasına imkan yaradır.

Daxili müsahibədə vəzifələrin tutulması şərtlərinə uyğun gələn Azərbaycan Respublikası vətəndaşları iştirak edə bilərlər.

Namizədlər avqustun 28-dən sentyabrın 11-i saat 18:00-dək DİM-in internet portalında “Dövlət qulluğu üzrə müraciət Forması”nı doldurmaqla qeydiyyatdan keçməlidirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO