Qənirə Paşayevanın qardaşı yeni vəzifəyə təyin edildi

Qənirə Paşayevanın qardaşı yeni vəzifəyə təyin edildi

Hazırda oxunan: Qənirə Paşayevanın qardaşı yeni vəzifəyə təyin edildi
633561
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin İdarə Heyətinə sədr müavini təyin edilib.

Bizim.Media “unikal.az”a istinadən xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevin imzaladığı əmrlə bu vəzifəyə Paşayev Hüseyn Ələsgər oğlu gətirilib.

Yeni sədr müavini təyin edilən Hüseyn Paşayev mərhum deputat Qənirə Paşayevanın qardaşıdır.

H.Paşayev bundan əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının direktoru idi.

Qeyd edək ki, Qənirə Paşayeva 2023-cü ilin sentyabrın 23-ü səhhətində yaranmış ciddi problemlərlə əlaqədar Mərkəzi Xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib.

Naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulan Q.Paşayevanın səhhətindəki kritik durumla əlaqədar Mərkəzi Klinik Xəstəxananın həkim personalı və Türkiyədən cəlb edilmiş həkim mütəxəssislər tərəfindən bütün zəruri tədbirlər görülüb.

O, sentyabrın 28-i 48 yaşında vəfat edib və bir gün sonra İkinci Fəxri xiyabanda dəfn olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO