“Mismarla gözünü çıxarmaq istəyirdim...” - Evli ola-ola elçi göndəribmiş

“Mismarla gözünü çıxarmaq istəyirdim...” - Evli ola-ola elçi göndəribmiş

Hazırda oxunan: “Mismarla gözünü çıxarmaq istəyirdim...” - Evli ola-ola elçi göndəribmiş

633544

Bakıda adam öldürməyə cəhddə təqsirləndirilən 40 yaşlı Ziya Həsənovun (bütün ad-soyadlar şərtidir) məhkəməsində dəhşətli faktlar üzə çıxıb.

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, qeyri-rəsmi münasibətdə olduğu Ceyran Çobanovanı 2025-ci ilin 7 noyabr tarixində lazeroloq kimi çalışdığı gözəllik salonunun qarşısında öldürməyə çalışan şəxs əslində niyyətinin başqa olduğunu deyib.
 

Z.Həsənov məhkəmədə ifadəsində bildirib ki, Ceyranla 2024-cü ildə tanış olublar və 1 ilə yaxın münasibət saxladıqdan sonra qadın ondan ayrılıb. O, Ceyranı öldürmək deyil, onun gözünün birini çıxarmaq niyyətində olduğunu deyib: 


“Mən özümlə mismar götürmüşdüm. Onu yerə yıxıb bir gözünü çıxarmaq, bu yolla cəzalandırmaq istəyirdim. Bunu Ceyranın yaxınlarına da demişdim”.

Qeyd edilib ki, hadisə vaxtı Ziya keçmiş sevgilisinə kəsici alətlə 9 zərbə endirib. Zərərçəkmiş şəxs deyib ki, o, xəstəxanaya çatdırılarkən artıq ürəyi dayanıbmış və tibb işçiləri elektroşokla ürək fəaliyyətini bərpa edərək onu ölümdən xilas ediblər.

Həmçinin məlum olub ki, Ziya evli və 2 uşaq atası olsa da, Ceyrangilin evinə elçi göndərib. Onlar xeyli vaxt qeyri-rəsmi münasibətdə yaşayıblar. Lakin sevgilisinə şiddət göstərdiyindən Ceyran polisə müraciət edib və Ziyaya Cinayət Məcəlləsinin 127, yəni qəsdən sağlamlığa az ağır zərər vurma maddəsi ilə iş açılıb, onun bədəninə elektron qolbaq yerləşdirilib. Bundan sonra Ziyanın qadına qarşı aqressiyası davam edib. Növbəti dəfə o, polis tərəfindən saxlanılaraq məhkəməyə çıxarılıb və 10 günlük inzibati həbs edilib.
 

Ceyrana qarşı acıqlı olan Ziya həbsdən çıxandan sonra onu cəzalandıracağını, ömürlük şikəst edəcəyini deyib və işlədiyi gözəllik salonunun qarşısına gələrək həmin cinayəti törədib.


Bu dəfə polis əməkdaşları tərəfindən saxlanılan Ziyaya Cinayət Məcəlləsinin 29.120.1-ci (Qəsdən adam öldürməyə cəhd) maddəsi ilə iş açılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin bir neçə gün əvvəl çıxardığı hökmlə Ziya Həsənova 10 il 6 ay həbs cəzası verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO