2026–2027-ci tədris ilində IV, VII, VIII və IX siniflərin bir sıra dərslikləri yenilənib

2026–2027-ci tədris ilində IV, VII, VIII və IX siniflərin bir sıra dərslikləri yenilənib

Hazırda oxunan: 2026–2027-ci tədris ilində IV, VII, VIII və IX siniflərin bir sıra dərslikləri yenilənib
633540
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Yeni tədris ili üzrə IV siniflər üçün “Həyat bilgisi”, VII siniflər üçün “Azərbaycan dili” “Riyaziyyat”, “İngilis dili”, “Azərbaycan tarixi”, VIII siniflər üçün “Coğrafiya”, IX siniflər üçün “Biologiya”, “Fizika” və digər dərsliklər yenilənmiş məzmunda tədris prosesində istifadə olunacaq.

Bizim.Media xəbər verir ki, Elm və Təhsil Nazirliyindən "Azərbaycan müəllimi"nin sorğusuna cavab olaraq bildirilib ki, 2026–2027-ci tədris ili üçün yenilənmiş dərsliklər “Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları”na, həmin Standartlar əsasında hazırlanmış fənn kurikulumlarına, müasir pedaqoji yanaşmalara və beynəlxalq qiymətləndirmə tədqiqatlarının (PISA, TIMSS və s.) çərçivələrinə uyğun hazırlanıb.

Yenilənmiş dərsliklərin hazırlanmasında əsas məqsəd şagirdlərdə yalnız nəzəri biliklərin formalaşdırılması deyil, eyni zamanda həmin biliklərin real həyat situasiyalarında tətbiqi, problemhəlletmə, tədqiqat aparma, tənqidi və yaradıcı düşünmə bacarıqlarının inkişaf etdirilməsidir.
 

Eyni zamanda yeni nəşrlərdə oxu, riyazi və elmi savadlılığın inkişafına xidmət edən tapşırıqların sayı artırılmış, maliyyə savadlılığı, ekoloji məsuliyyət, rəqəmsal bacarıqlar, media və informasiya savadlılığı, kibertəhlükəsizlik kimi müasir və aktual məlumatlar məzmuna daha sistemli şəkildə inteqrasiya edilib.


Qeyd edilməlidir ki, dərsliklərin yenilənməsi prosesi ayrı-ayrı mövzuların mexaniki şəkildə çıxarılması və ya əlavə edilməsi prinsipi əsasında deyil, fənn kurikulumlarının tələblərinə uyğun olaraq məzmunun təkmilləşdirilməsi və optimallaşdırılması yolu ilə həyata keçirilir.

2026–2027-ci tədris ilində IV, VII, VIII və IX siniflərin bir sıra dərslikləri yenilənib - foto 1
2026–2027-ci tədris ilində IV, VII, VIII və IX siniflərin bir sıra dərslikləri yenilənib - foto 2
2026–2027-ci tədris ilində IV, VII, VIII və IX siniflərin bir sıra dərslikləri yenilənib - foto 3
2026–2027-ci tədris ilində IV, VII, VIII və IX siniflərin bir sıra dərslikləri yenilənib - foto 4
2026–2027-ci tədris ilində IV, VII, VIII və IX siniflərin bir sıra dərslikləri yenilənib - foto 5
2026–2027-ci tədris ilində IV, VII, VIII və IX siniflərin bir sıra dərslikləri yenilənib - foto 6
2026–2027-ci tədris ilində IV, VII, VIII və IX siniflərin bir sıra dərslikləri yenilənib - foto 7
2026–2027-ci tədris ilində IV, VII, VIII və IX siniflərin bir sıra dərslikləri yenilənib - foto 8
2026–2027-ci tədris ilində IV, VII, VIII və IX siniflərin bir sıra dərslikləri yenilənib - foto 9
2026–2027-ci tədris ilində IV, VII, VIII və IX siniflərin bir sıra dərslikləri yenilənib - foto 10
2026–2027-ci tədris ilində IV, VII, VIII və IX siniflərin bir sıra dərslikləri yenilənib - foto 11
2026–2027-ci tədris ilində IV, VII, VIII və IX siniflərin bir sıra dərslikləri yenilənib - foto 12

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO