Masallıda əkin sahəsində tanınmış həkimin oğlunun meyiti TAPILDI

Masallıda əkin sahəsində tanınmış həkimin oğlunun meyiti TAPILDI

Hazırda oxunan: Masallıda əkin sahəsində tanınmış həkimin oğlunun meyiti TAPILDI

633517

Masallı rayonunda əkin sahəsində kişi meyiti aşkarlanıb.

Bizim.Media-nın əldə etdiyi məlumata görə, hadisə rayonun Mollaoba kəndində qeydə alınıb.

Kənd sakini Razi Allahverdi oğlu Fətullayevin meyiti fərdi yaşayış evlərinin yaxınlığında yerləşən əkin sahəsində tapılıb.
 

İlkin məlumata görə, mərhumun üzərində hər hansı zorakılıq əlaməti aşkar edilməyib. Onun spirtli içki aludəçisi olduğu bildirilir.


Qeyd edək ki, mərhumun atası Masallı rayonunda məşhur həkim kimi tanınır.

Faktla bağlı Masallı Rayon Prokurorluğunda araşdırma aparılır.

Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO