Jalə Əhmədova da tələbə oldu

Jalə Əhmədova da tələbə oldu

Hazırda oxunan: Jalə Əhmədova da tələbə oldu

633490

Milli Məclisin keçmiş deputatı Jalə Əhmədova ikinci dəfə tələbə adını qazanıb.

Bizim.Media xəbər verir ki, bu barədə Jalə Əhmədova sosial şəbəkə hesabında paylaşım edib.

Keçmiş deputat Bakı Dövlət Universitetinin Psixologiya ixtisasında əlavə təhsil alacaq.
 

Qeyd edək ki, J.Əhmədova ləğv edilmiş Azərbaycan Beynəlxalq Universitetinin (ABU) Hüquq fakültəsini bakalavr, BDU-nun Beynəlxalq hüquq fakültəsini isə magistr dərəcəsi ilə bitirib. Daha sonra o, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və Bələdiyyə idarəetməsi fakültəsini fərqlənmə ilə başa vurub.


Xatırladaq ki, Jalə Əhmədova Milli Məclisin VI çağırış deputatı olub. O, hazırda əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri vəzifəsində çalışır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO