Abituriyentlər üçün MÜHÜM XƏBƏR: II və III qruplar üzrə plan yerləri AÇIQLANDI

Abituriyentlər üçün MÜHÜM XƏBƏR: II və III qruplar üzrə plan yerləri AÇIQLANDI

Hazırda oxunan: Abituriyentlər üçün MÜHÜM XƏBƏR: II və III qruplar üzrə plan yerləri AÇIQLANDI

630397

2026-2027-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə II və III ixtisas qrupları üzrə dövlət sifarişi ilə ayrılmış plan yerlərinin sayı məlum olub.

Bizim.Media xəbər verir ki, bu barədə məlumat "Abituriyent" jurnalının 4-cü sayında əks olunub.

Bildirilib ki, II ixtisas qrupu üzrə ümumilikdə 4 185 dövlət sifarişli plan yeri ayrılıb. Ən çox dövlət sifarişli plan yeri İqtisadiyyat (680), Turizm işinin təşkili (550), Maliyyə (550) və Mühasibat (500) ixtisasları üzrə ayrılıb. Marketinq, biznesin idarə edilməsi, turizm bələdçiliyi, turizm işinin təşkili, mühasibat, dövlət və bələdiyyə idarəetməsi, maliyyə, iqtisadiyyat, menecment, beynəlxalq ticarət və logistika, nəqliyyatda servis (nəqliyyat növləri üzrə) ixtisasları üzrə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan) abituriyentlər buraxılır.

Məlumata görə, III ixtisas qrupu üzrə ümumilikdə 4 218 dövlət sifarişli plan yeri ayrılıb. Ən çox dövlət sifarişli plan yeri hüquqşünaslıq (600) və xarici dil müəllimliyi (460) ixtisasları üzrə, ən az dövlət sifarişli plan yeri isə ədəbi yaradıcılıq və ekran dramaturgiyası ixtisası üzrə ayrılıb.

Bu ixtisas üzrə cəmi 25 dövlət sifarişli yer nəzərdə tutulub. Müsabiqəyə (həm dövlət sifarişi əsasında, həm də ödənişli əsaslarla qəbul aparılan yerlər üzrə) ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır.

Qeyd edilib ki, müəyyən ixtisaslar üzrə tətbiq edilən tələblər qismən fərqlidir. Dövlət ali təhsil müəssisələrinin (ADA Universiteti istisna olmaqla) tədrisi ingilis dilində olan ixtisaslarının müsabiqəsinə qəbul imtahanının birinci mərhələsində ingilis dili fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər buraxılır.
 

Dövlət ali təhsil müəssisələrinin (ADA Universiteti istisna olmaqla) "Tərcümə (dillər üzrə)", "Filologiya (xarici dil və ədəbiyyat üzrə)", "Xarici dil müəllimliyi (dillər üzrə)" və "Beynəlxalq münasibətlər" ixtisaslarının müsabiqəsinə qəbul imtahanının birinci mərhələsində xarici dil fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər buraxılır.


Regionşünaslıq (regionlar üzrə) Muzey, arxiv işi və abidələrin qorunması, sosial iş, ixtisaslar üzrə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan) abituriyentlər buraxılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO