Uşaq evindən sonrakı həyat: Onlar 18 yaşdan sonra necə yaşayırlar?

Uşaq evindən sonrakı həyat: Onlar 18 yaşdan sonra necə yaşayırlar?

Hazırda oxunan: Uşaq evindən sonrakı həyat: Onlar 18 yaşdan sonra necə yaşayırlar?

629855

Valideyn himayəsindən məhrum olan uşaqlar müxtəlif dövlət və ya özəl müəssisələrdə böyüyürlər. Lakin onların həyatında ən çətin mərhələ əslində 18 yaşdan sonra başlayır. Məhz bu yaşdan etibarən müstəqil həyata qədəm qoyan gənclərin harada yaşayacağı, necə dolanacağı, təhsilini necə davam etdirəcəyi diqqət çəkən məsələlərdəndir.

Bəs bu gənclər müstəqil həyata nə dərəcədə hazır olurlar? Onların cəmiyyətə inteqrasiyası üçün hansı dəstək mexanizmləri mövcuddur?

”Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova Bizim.Media-ya açıqlamasında bildirdi ki, hazırda bu sahədə müəyyən dövlət proqramları mövcuddur:

“Uşaqlar 18 yaşınadək dövlətin alt sistemində (təhsil, səhiyyə, sosial müdafiə və s.) qeydiyyatda olurlar. Onlar bu müddətdə peşə bacarıqları qazanır, eyni zamanda Dövlət Məşğulluq Agentliyinin proqramlarına cəlb edilirlər. Lakin bu proqramlarda iştirak könüllüdür”.

Gənclərin müstəqil həyata hazır olub-olmaması izlənilməlidir

M.Zeynalova diqqətə çatdırdı ki, qanunvericilik 18 yaşdan sonra şəxsin öz həyatı ilə bağlı müstəqil qərar vermək hüququnu tanıyır. Bununla yanaşı, həmin gənclərin müstəqil həyata hazır olub-olmaması, mövcud imkanlardan istifadə edə bilməsi və sosial adaptasiyası da izlənilməlidir. Lakin bu sahədə sistem hələ tam formalaşmayıb.
 

Onun fikrincə, dövlət himayəsində böyüyən uşaqlar yetkinlik yaşına çatana qədər elə hazırlanmalıdırlar ki, müstəqil həyat qurmaq üçün zəruri bilik və bacarıqlara, eləcə də mövcud resurslar barədə kifayət qədər məlumata malik olsunlar:


“Təhsilini davam etdirənlər üçün müəyyən dəstəklər, o cümlədən təhsil haqqı ilə bağlı güzəştlər tətbiq olunur. Bununla belə, dövlət himayəsində olmuş bütün gənclər 18 yaşdan sonra avtomatik şəkildə Məşğulluq Agentliyinin proqramlarına cəlb edilməli, onların işlə təminatı və cəmiyyətə inteqrasiyası üçün fərdi proqramlar hazırlanmalıdır”.

Qeyd edək ki, 2015-ci ildən Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü, Nazirlər Kabinetinin qərarı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin nəzdində “Məzun evi” sosial müəssisəsi yaradılıb. Burada dövlət uşaq müəssisələrinin və internat tipli təhsil müəssisələrinin valideyn himayəsindən məhrum olmuş, yaşayış yeri olmayan məzunları yerləşdirilir.

Xədicə Paşayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO