Masallıda zibil poliqonundakı yanğın magistral yola qədər yayıldı – FOTO

Masallıda zibil poliqonundakı yanğın magistral yola qədər yayıldı – FOTO

Hazırda oxunan: Masallıda zibil poliqonundakı yanğın magistral yola qədər yayıldı – FOTO

629101

Masallı rayonunda zibil poliqonunda başlayan yanğın getdikcə daha geniş əraziyə yayılaraq yeni Ələt–Astara avtomobil yoluna çatıb.

Bizim.Media-nın əldə etdiyi məlumata görə, avqustun 1-dən davam edən yanğın hazırda magistralın 136-cı kilometrliyi yaxınlığında müşahidə olunur.

Alov dilləri və qalın tüstü yolun təxminən 10–15 metrliyinə qədər irəliləyib.
 

Yaranan tüstü magistralda hərəkət edən sürücülərin görmə məsafəsini azaldır və nəqliyyatın hərəkətində çətinlik yaradır.


Yanğının söndürülməsi və ərazidə vəziyyətin nəzarətdə saxlanılması istiqamətində tədbirlər davam etdirilir.
 

Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO