Bakının Yasamal rayonunda magistral istilik xətlərində təmir-bərpa işlərinə başlanılıb.
“Azəristiliktəchizat” ASC-dən Bizim.Media-ya bildirilib ki, 2026–2027-ci illərin payız-qış mövsümünə hazırlıq tədbirləri çərçivəsində avqustun 3-dən Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsində 118 nömrəli binadan 124 nömrəli binayadək uzanan magistral istilik xəttində təmir-bərpa işləri aparılır.
Məlumata görə, uzunluğu 65 metr, diametri 273 millimetr olan magistral istilik xəttində həyata keçiriləcək təmir işlərinin avqustun 15-dək başa çatdırılması nəzərdə tutulur.
ASC müvəqqəti narahatlığa görə sakinlərdən üzr istəyərək, təmir işləri ilə əlaqədar qeyd olunan istiqamətdə hərəkət edən sürücülərdən nəqliyyat sıxlığının və mümkün gecikmələrin qarşısının alınması məqsədilə alternativ marşrutlardan istifadə etmələrini xahiş edib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
13:08 / 03.08.2026
Bakının bu küçəsində magistral istilik xətləri təmir edilir
Hazırda oxunan: Bakının bu küçəsində magistral istilik xətləri təmir edilir
Hazırda oxunan: Bakının bu küçəsində magistral istilik xətləri təmir edilir
629030
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































