Azərbaycanda doğum səviyyəsi niyə aşağı düşür? - ARAŞDIRMA

Azərbaycanda doğum səviyyəsi niyə aşağı düşür? - ARAŞDIRMA

Hazırda oxunan: Azərbaycanda doğum səviyyəsi niyə aşağı düşür? - ARAŞDIRMA
625061
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunda Azərbaycanda əhali artımının dinamikası, təbii artımın regional xüsusiyyətləri və demoqrafik proseslərə təsir göstərən amillər tədqiq edilir.

Bizim.Media xəbər verir ki, institutdan verilən məlumata görə, aparılan araşdırmalar ölkədə əhalinin sayının artmaqda davam etdiyini, lakin artım tempinin əvvəlki onilliklərlə müqayisədə zəiflədiyini göstərir. Bu tendensiya əsasən doğum səviyyəsinin aşağı düşməsi, əhalinin yaş strukturunda baş verən dəyişikliklər və miqrasiya proseslərinin təsiri ilə əlaqələndirilir.
 

Mütəxəssislərin fikrincə, regionlar üzrə demoqrafik göstəricilər fərqlənir. Əvvəllər ən yüksək təbii artımın müşahidə olunduğu Lənkəran-Astara bölgəsində bu göstərici nisbətən azalıb, son illərdə isə Aran iqtisadi rayonunda təbii artımın daha yüksək olduğu qeydə alınıb.


Təhlillər əsasında müəyyən edilib ki, Azərbaycanın coğrafi-demoqrafik xüsusiyyətlərindən biri əhali artımının əsasən təbii artım hesabına formalaşmasıdır. Miqrasiya isə daha çox əhalinin ölkə daxilində ərazi üzrə yenidən yerləşməsinə təsir göstərən amil kimi çıxış edir və ümumi demoqrafik dinamikanı müəyyən edən başlıca faktor hesab olunmur.

Mövcud demoqrafik meyillər fonunda doğumun stimullaşdırılması, regionlarda məşğulluq imkanlarının artırılması, sosial infrastrukturun inkişafı və daxili miqrasiyanın balanslaşdırılması ölkənin demoqrafik dayanıqlığının təmin edilməsi baxımından mühüm istiqamətlərdir. (azertag.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO