Rəqəmlər bir şeyi deyir, vitrinlər başqa - Türkiyə idxalı artır, bəs niyə Çin liderliyini qoruyur?

Rəqəmlər bir şeyi deyir, vitrinlər başqa - Türkiyə idxalı artır, bəs niyə Çin liderliyini qoruyur?

Hazırda oxunan: Rəqəmlər bir şeyi deyir, vitrinlər başqa - Türkiyə idxalı artır, bəs niyə Çin liderliyini qoruyur?

625042

Bu ilin yanvar-iyun aylarında Azərbaycan Türkiyədən 28,789 milyon ABŞ dolları dəyərində geyim idxal edib. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 26,4 % çoxdur. Təkcə iyunda Türkiyə Azərbaycana 3,699 milyon ABŞ dolları dəyərində geyim ixrac edib ki, bu da bir il əvvələ nisbətən 32 % çoxdur.

İdxal artımına baxmayaraq, niyə mağazalarda hələ də Çin istehsalı üstünlük təşkil edir?

Mövzu ilə əlaqədar iqtisadçı Elvin Nəsirov Bizim.Media-ya belə açıqladı ki, idxalın artması mağazalarda Türkiyə istehsalı geyimlərin üstünlük təşkil edəcəyi anlamına gəlmir.

“Türkiyədən geyim idxalının artması o demək deyil ki, mağazalarda satılan geyimlərin əksəriyyəti də avtomatik olaraq Türkiyə istehsalı olacaq. İdxal dəyərinin artması bazarda Çin istehsalının azalması da demək deyil. Çin hələ də qiymət, istehsal gücü və təchizat baxımından qlobal liderdir. Məhz buna görə mağaza rəflərində Çin istehsalı geyimlər uzun müddət üstün mövqeyini qoruyacaq”.

Vitrinlər niyə dəyişmir?

İqtisadçı diqqətə çatdırdı ki, mağazalarda Çin istehsalının üstün görünməsinin bir neçə əsas səbəbi var: Türkiyədən gətirilən geyimlər orta hesabla daha bahalıdır.  Çin aşağı qiymətə görə üstünlüyünü qoruyur. Kütləvi istehsal, geniş təchizat və bol çeşid sayəsində Çin geyimləri daha əlçatandır. Daha bir səbəb bazanın kiçik olmasından qaynaqlana bilər. Məsələn, 26,4% artım yüksək səslənsə də, ümumi geyim bazarında Türkiyənin payı hələ də Çinlə müqayisədə aşağı qalır.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO