Şirvan Kərimovun Rusiya vətəndaşlığı LƏĞV OLUNDU

Şirvan Kərimovun Rusiya vətəndaşlığı LƏĞV OLUNDU

Hazırda oxunan: Şirvan Kərimovun Rusiya vətəndaşlığı LƏĞV OLUNDU

623853

Rusiyanın Samara vilayətindəki Azərbaycan diasporunun rəhbəri Şirvan Kərimovun Rusiya vətəndaşlığı ləğv olunub.

Bizim.Media xəbər verir ki, Rusiya vətəndaşlığı ləğv olunan Şirvan Kərimovun hazırda Azərbaycanda olduğu bildirilib.

Rusiya vətəndaşlığının ləğv olunması barədə məlumatın ona Azərbaycanda olarkən verildiyi məlum olub.
 

Qeyd edək ki, Rusiyadakı Azərbaycan diasporu bir ildən çoxdur ki, təqiblərə məruz qalır. Bu müddət ərzində Moskva da daxil olmaqla Rusiyanın bir sıra regionlarında fəaliyyət göstərən Azərbaycan diasporlarının rəhbərlərinin RF vətəndaşlığı ləğv olunub və onların ölkədən çıxarılması barədə qərar qəbul olunub.


Ötən ilin sentyabrında RF vətəndaşlığı ləğv olunmuş Moskva Azərbaycanlıları Milli Mədəni Muxtariyyətinin sədri Bəxtiyar Həsənovun isə bir müddət əvvəl ölkədən deportasiya olunması üçün miqrantların müvəqqəti saxlanma məntəqəsinə yerləşdirildiyi barədə məlumat yayılıb. (Apa.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO