Ləman Ələşrəfqızının oğurlanan pulları QAYTARILDI

Ləman Ələşrəfqızının oğurlanan pulları QAYTARILDI

Hazırda oxunan: Ləman Ələşrəfqızının oğurlanan pulları QAYTARILDI

622968

Ötən gün kiberdələduzların qurbanı olan Əməkdar jurnalist Ləman Ələşrəfqızının oğurlanmış 600 manat məbləğində vəsaiti özünə qaytarılıb.
 

MÖVZU İLƏ BAĞLI: 

İqbal Ağazadənin adı ilə Ləman Ələşrəfqızını aldatdılar - Jurnalist 600 manatından oldu


Bizim.Media xəbər verir ki, bu barədə o, sosial şəbəkədə məlumat yayıb.

"DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsindən İsfəndiyar Abbasov zəng etdi, kiberdələduzun saxlanıldığını bildirdi. Pulum karta qaytarıldı. Təbii, cinayətkarın kimliyini hələlik bilmirəm, amma düşünürəm ki, onunla üzləşmək imkanım olacaq", - jurnalist paylaşımında qeyd edib.

Qeyd edək ki, ötən gün jurnalist siyasətçi İqbal Ağazadənin adı ilə teleqram kanalından ona yazıldığını və ard-arda iki dəfə 300 manat məbləğində pul tələb edildiyini paylaşıb. Daha sonra jurnalist kiberdələduzların qurbanı olduğunu, İqbal Ağazadənin teleqram hesabının oğurlandığını anlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO