Bakının iki küçəsində hərəkət MƏHDUDLAŞDIRILACAQ

Bakının iki küçəsində hərəkət MƏHDUDLAŞDIRILACAQ

Hazırda oxunan: Bakının iki küçəsində hərəkət MƏHDUDLAŞDIRILACAQ

622364

Bakının iki küçəsində hərəkət qismən məhdudlaşdırılacaq

Bu barədə Bizim.Media-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib. Qeyd olunub ki, paytaxtda vətəndaşların rahat və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə iki yol sahəsində asfalt örtüyünün yenilənməsi ilə bağlı frezlənmə və asfaltlanma işləri aparılacaq.
 

Məlumata görə, Hüseyn Cavid prospektində (Seyfəddin Dağlı küçəsindən Mikayıl Müşfiq küçəsinədək) iyunun 30-u saat 10:00-dan iyulun 3-ü saat 07:00-dək yolun frezlənməsi və yeni asfalt örtüyünün döşənməsi işləri görüləcək.


Bundan başqa, Ayna Sultanova küçəsində (Hüseyn Cavid prospektindən Mətbuat prospektinədək) iyulun 1-i saat 08:00-dan iyulun 6-sı saat 08:00-dək asfalt örtüyünün yenilənməsi həyata keçiriləcək.

Təmir işləri aparılan müddətdə qeyd olunan ərazilərdə nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq.

Sürücülərə həmin tarixlərdə mümkün olduqda alternativ marşrutlardan istifadə etmələri, müvəqqəti yol nişanlarının tələblərinə və hərəkəti tənzimləyən əməkdaşların göstərişlərinə əməl etmələri tövsiyə olunur.

Yarana biləcək müvəqqəti narahatlığa görə sürücülərdən və sakinlərdən anlayış göstərmələri xahiş edilir.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO