Xalq şairi Süleyman Rüstəmin oğlu Azad Rüstəmzadə vəfat edib.
Bizim.Media xəbər verir ki, bu barədə “teleqraf.az”a Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın müşaviri Rauf Aslanov məlumat verib.
O qeyd edib ki, 80 yaşlı Azad Rüstəmzadə bu gün dəfn edilib.
Qeyd edək ki, Azad Rüstəmzadə xalq şairi Süleyman Rüstəmin yeganə övladı idi. O, 1946-cı ildə anadan olub. 1968-ci ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb dili şöbəsini bitirib. Ərəb ədəbiyyatı üzrə filologiya elmləri namizədi olub.
Uzun illər Azərbaycan Elmlər Akademiyasında çalışan Azad Rüstəmzadə 1989–2009-cu illərdə Milli Məclisin Beynəlxalq əlaqələr şöbəsində baş məsləhətçi vəzifəsində işləyib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
08:35 / 29.06.2026
Xalq şairinin oğlu vəfat etdi
Hazırda oxunan: Xalq şairinin oğlu vəfat etdi
Hazırda oxunan: Xalq şairinin oğlu vəfat etdi
622105
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































