Damar yolu ilə köçürülən serumlarda təhlükə aşkarlandı – ARAŞDIRMA

Damar yolu ilə köçürülən serumlarda təhlükə aşkarlandı – ARAŞDIRMA

Hazırda oxunan: Damar yolu ilə köçürülən serumlarda təhlükə aşkarlandı – ARAŞDIRMA

621836

Türkiyə və Danimarka alimlərinin birgə apardığı araşdırma zamanı damar yolu ilə tətbiq edilən serum məhlullarında mikroplastik hissəciklər aşkar edilib.

Bizim.Media "Haberturk"ə istinadla xəbər verir ki, bu sahədə araşdırma aparılıb və tədqiqatın nəticələri nüfuzlu "Environmental Toxicology and Pharmacology" elmi jurnalında dərc olunub.

Araşdırma çərçivəsində PVC və polipropilen qablaşdırmada satılan 13 fərqli markaya məxsus serumlar analiz edilib. Nəticədə 1 litr serumda orta hesabla 65 mikroplastik hissəcik müəyyən olunub.
 

Tədqiqatın müəlliflərindən biri Sedat Gündoğdu bildirib ki, araşdırma damar yolu ilə verilən mayelərin insan orqanizminə birbaşa mikroplastiklərin daxil olmasına səbəb ola biləcəyini göstərib.


Alimlərin hesablamalarına görə, bəzi ölkələrdə xəstəxanada qalma müddəti nəzərə alınmaqla, bir insan yalnız damar yolu ilə aparılan müalicə nəticəsində ildə təxminən 200-350 mikroplastik hissəciyinə məruz qala bilər.

Mütəxəssislər mikroplastiklərin insan sağlamlığına təsirləri ilə bağlı araşdırmaların davam etdiyini bildirirlər.

Sedat Gündoğdu xüsusilə tibbi sahədə plastikdən istifadənin azaldılmasının vacibliyini vurğulayaraq, imkan daxilində şüşə qablaşdırmalı serumlardan istifadənin daha məqsədəuyğun ola biləcəyini qeyd edib.

Xədicə Paşayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO