Cəlilabadda ev yanaraq kül oldu

Cəlilabadda ev yanaraq kül oldu

Hazırda oxunan: Cəlilabadda ev yanaraq kül oldu

621829

Cəlilabad rayonunda fərdi yaşayış evində yanğın hadisəsi baş verib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə rayonun Xəlilli kəndində qeydə alınıb.

İlkin məlumata görə, kənd sakini Eldəniz Bağırova məxsus fərdi yaşayış evi güclü yanğın nəticəsində tamamilə yanaraq kül olub.

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri cəlb olunub və yanğının söndürülməsi təmin edilib.

Yanğının başvermə səbəbi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO