Araşdırmalara görə, gecə pişiyi və ya iti ilə yatanlar bəzi mühüm risklərlə qarşılaşa bilərlər.
Bizim.Media "Sabah"a istinadən xəbər verir ki, Niderlandın Utrext Universitetində aparılan bir araşdırma ən böyük təhlükənin mikroblarla bağlı olduğunu ortaya qoyub.
Xüsusilə itlərin pəncə, quyruq, tük və tüpürcək vasitəsilə yatağa müxtəlif mikrobların daşınması onlarla birlikdə yatmağın sağlamlıq üçün təhlükəli olduğunu göstərir.
Belə ki, bu mikroblar arasında Salmonella və E.coli kimi bakteriyaların da olduğu müəyyən edilib.
Bundan əlavə, yuxu keyfiyyəti baxımından da bu halın bəzi mənfi tərəfləri var. Triniti Kollecinin apardığı araşdırmaya görə, ev heyvanı ilə birlikdə yatanlar aşağı yuxu keyfiyyətinə malikdirlər.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
11:46 / 20.06.2026
İt və ya pişiklə bir yerdə yatanlar DİQQƏTLİ OLSUN
Hazırda oxunan: İt və ya pişiklə bir yerdə yatanlar DİQQƏTLİ OLSUN
Hazırda oxunan: İt və ya pişiklə bir yerdə yatanlar DİQQƏTLİ OLSUN
620397
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































