Fərhad Mehdiyev: “Mənə yazıb halımı soruşmayın” - FOTO

Fərhad Mehdiyev: “Mənə yazıb halımı soruşmayın” - FOTO

Hazırda oxunan: Fərhad Mehdiyev: “Mənə yazıb halımı soruşmayın” - FOTO
619884
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəbər verdiyimiz kimi, tanınmış vəkil, beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyevin qızı avtomobil qəzasında faciəvi şəkildə həyatını itirib.

Bizim.Media xəbər verir ki, vəkil qızının vəfatı ilə bağlı paylaşım edərək valideynlərə çağırış edib:

“Gözəl Zəhram. Bilmirəm nə deyim. O bunları oxumur, amma onsuz çox pisəm. Mənə yazıb halımı soruşmayın. Cavab berə bilmirəm.
 

Uşaqlarınızı və doğmalarınızı “byke” sürməyə qoymayın. Sevdiklərinizlə daha çox vaxt keçirin. Onları qara torpaq bağrına basmadan, siz bağrınıza basın”, - deyə Fərhad Mehdiyev yazıb.


Qeyd edək ki, sözügedən qəza Bakı-Sumqayıt yolunda baş verib. Vəkilin qızının idarə etdiyi motosiklet yolda dayanan nasaz avtomobilə çırpılıb. Nəticədə 17 yaşlı Zəhra aldığı xəsarətlərdən dünyasını dəyişib.

Fərhad Mehdiyev: “Mənə yazıb halımı soruşmayın” - FOTO - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO