Bəzi şəxslərdən sürücülük vəsiqəsi tələb olunmayacaq - Qanun nə deyir? – VİDEO

Bəzi şəxslərdən sürücülük vəsiqəsi tələb olunmayacaq - Qanun nə deyir? – VİDEO

Hazırda oxunan: Bəzi şəxslərdən sürücülük vəsiqəsi tələb olunmayacaq - Qanun nə deyir? – VİDEO

619721

Azərbaycanda bəzi şəxslərdən sürücülük vəsiqəsi tələb olunmayacaq.

Bizim.Media “oxu.az”a istinadən xəbər verir ki, qanunvericiliyə "avtonom nəqliyyat vasitəsi" anlayışı daxil edilir.

Sözügedən məsələ Milli Məclisdə müzakirəyə çıxarılıb.

Layihədə qeyd olunur ki, "avtonom nəqliyyat vasitəsi" insan müdaxiləsi olmadan və ya minimal müdaxilə ilə ətraf mühiti müəyyən edə və təhlükəsiz şəkildə hərəkət edə bilən nəqliyyat vasitələridir.

Həmçinin avtonom nəqliyyat vasitəsinin avtomatlaşdırılmış idarəetmə sisteminin fəaliyyətinə nəzarət etmək üçün sürücülük vəsiqəsi tələb olunmayacaq.

Bundan başqa, bildirilir ki, avtonom nəqliyyat vasitəsinin texniki parametrləri imkan verdiyi halda onun bilavasitə idarə edilməsi zamanı həmin nəqliyyat vasitəsini idarə edən şəxsin müvafiq kateqoriyalı sürücülük vəsiqəsi olmalıdır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO