Müdirlərin “sirr dağarcığı” – Şəxsi sürücülər hansı ölkədə yüksək maaş alırlar?

Müdirlərin “sirr dağarcığı” – Şəxsi sürücülər hansı ölkədə yüksək maaş alırlar?

Hazırda oxunan: Müdirlərin “sirr dağarcığı” – Şəxsi sürücülər hansı ölkədə yüksək maaş alırlar?

619420

Şəxsi sürücü sadəcə nəqliyyat xidməti göstərən adam deyil, o, müdirin gündəlik həyatının ən yaxın şahidlərindən biridir. Xalq təbiri ilə desək, kişinin hara getdiyini arvadından çox sürücüsü dəqiq bilir. Xüsusilə yüksək vəzifəli, iş adamı və ya ictimai fiqurların yanında çalışan belə sürücülər zamanla etibar dairəsinin içərisinə daxil olur və hətta “sirr dağarcığı”na çevrilir.

Ona görə də bu tip şəxsi sürücülər yaxşı maşın idarəetmə bacarığı ilə yanaşı həm də ciddi, sözübütöv, zirək olmalıdır. Çünki burada əsas məsələ sükan arxasında olmaq deyil, etibarın qorunmasıdır. Başqa sözlə, onlar böyük iş həyatının görünməz, “lal” iştirakçılarıdır.  

Bəs bu etibarlı şəxslər əməyinə görə nə qədər maaş alır?
 

Azərbaycanda ümumiləşdirsək şəxsü sürücülər orta hesabla 800-1200 manat aralığında maaş alırlar.  VIP ailələr, şirkət rəhbərlərinin sürücülərinin maaşı 2000-i ötür. Amma nə qədər ötsə də inkişaf etmiş ölkələrdəki maaşlara çata bilməz.


Məsələn, ABŞ-də şəxsi sürücülərin maaşı 3000-6000 dollar aralığında dəyişir. Böyük Britaniyada VİP sürücülərinin aylığı 5000 funt-sterlinqə qədərdir.. Ümumilikdə Qərbi Avropada onların maaşı 4000-4500 avro civarındadır. Ən çox sürücü maaşı isə Birləşmiş Ərəb Əmirliyinin Dubay əmirliyindədir. Şeyxlərin şəxsi sürücüləri 7000-8000 $ əməkhaqqına çalışırlar.  

Şəfiqə Şəfa Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO