Azovda həlak olan kapitanın həyat yoldaşı DANIŞDI - VİDEO

Azovda həlak olan kapitanın həyat yoldaşı DANIŞDI - VİDEO

Hazırda oxunan: Azovda həlak olan kapitanın həyat yoldaşı DANIŞDI - VİDEO

617634

İyunun 5-də gecə saatlarında Azov dənizində dron hücumu nəticəsində zərər görən iki xarici yük gəmisindən birinin kapitanı Azərbaycan vətəndaşı, Xaçmaz şəhər sakini 45 yaşlı Fuad Orucov olub.

Bizim.Media xəbər verir ki, gəmi kapitanının həyat yoldaşı Aytən Orucova hadisə barədə Baku TV-yə açıqlama verib.

"O, 20 ildən artıqdır ki, dənizçidir. Hadisə vaxtı gəmidəki hər kəsi xilas etsə də, özünü qoruya bilməyib. Evdə dörd övladı onun yolunu gözləyir", - Aytən Orucova söyləyib.

Xatırladaq ki, iyunun 5-i gecə saatlarında Azov dənizində iki xarici yük gəmisinin - "Natra" və "Zirkon" quru yük gəmilərinin dronlarla vurulması nəticəsində beş Azərbaycan vətəndaşı, o cümlədən kapitan Fuad Orucovun həlak olduğu, üç nəfərin isə yaralandığı bildirilib. 

Hadisə ilə bağlı araşdırmalar davam edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO