Beyləqanda fərdi yaşayış evi yandı – FOTO

Beyləqanda fərdi yaşayış evi yandı – FOTO

Hazırda oxunan: Beyləqanda fərdi yaşayış evi yandı – FOTO

615995

Beyləqan rayonunda fərdi yaşayış evində yanğın baş verib.

Bizim.Media “azertac.az” xəbər verir ki, hadisə gecə saatlarında rayonun Qəhrəmanlı qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini Bəhmən Kərimova məxsus fərdi yaşayış evində başlayan yanğın anidən güclənib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin, Beyləqan Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və canlı qüvvəsi cəlb edilib.

Yanğın söndürülüb və ətraf ərazilərə keçməsinin qarşısı alınıb. Hadisə zamanı xəsarət alan olmasa da, ümumi sahəsi 160 kvadratmetr olan ev yanaraq yararsız hala düşüb.

Faktla bağlı araşdırma aparılır.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO