Vətən müharibəsi şəhidi Lətif Əliyevin atası vəfat edib.
Bizim.Media xəbər verir ki, bu barədə şəhid Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu sosial şəbəkədə məlumat yayıb.
O bildirib ki, şəhid atası Oruc Əliyev 60 yaşında Şərur rayonunda ürəktutmadan dünyasını dəyişib.
Qeyd edək ki, 1995-ci il təvəllüdlü L.Əliyev 2020-ci il 27 oktyabr tarixində Füzuli rayonunun azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Şərur şəhər Şəhidlər xiyabanında dəfn edilib. Ölümündən sonra “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
15:18 / 21.05.2026
Şəhid atası vəfat etdi – FOTO
Hazırda oxunan: Şəhid atası vəfat etdi – FOTO
Hazırda oxunan: Şəhid atası vəfat etdi – FOTO
614590
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































