İşdən çıxarkən edilən ən riskli səhvlərdən biri – 4 minədək cəriməsi var

İşdən çıxarkən edilən ən riskli səhvlərdən biri – 4 minədək cəriməsi var

Hazırda oxunan: İşdən çıxarkən edilən ən riskli səhvlərdən biri – 4 minədək cəriməsi var

614312

İş yerindən çıxmaq, istər işçinin öz istəyi ilə olsun, istərsə də kənarlaşdırılsın, gərgin proses ola bilər. Bəzən inciklik və ya haqsızlıq insanı yanlış qərarlar verməyə sövq edir. Ancaq bu mərhələdə mədəni davranış qaydalarını qorumaq, peşəkar münasibəti saxlamaq və ən əsası qanunsuz addımlardan uzaq durmaq vacibdir.

Xüsusilə də təcrübədə rast gəlinən iş yerinə aid məlumatların, sənədlərin və ya İT sistemlərin qəsdən silinməsi və ya ziyan vurulması ciddi hüquqi məsuliyyətlə nəticələ bilər. Buna görə də işdən ayrılarkən emosiyalara qapılmadan, soyuqqanlılığı qorumaq lazımdır, bunu ilk növbədə insan öz  nüfuzu, həm də gələcək karyerası üçün etməlidir.

Bəs işdən çıxan (çıxarılan) şəxs iş yerinə dair məlumatları, sənədləri qəsdən silərsə, onu hansı cəza gözləyir?

Mövzu ilə əlaqədar  hüquqşünas Vüsal Bəndəliyev Bizim.Media-ya bildirdi ki, şəxsin iş yerinə aid məlumatları, sənədləri qəsdən silməsi və ya zədələməsi həm maddi həm də cinayət məsuliyyəti yarada bilər. Məsələn, məlumat bazasının silinməsi nəticəsində maliyyə itkisi yaranıbsa, işəgötürən məhkəmə qaydasında şirkətə vurulan zərərin ödənilməsinə dair kompensasiya tələb edə bilər.

“Ümumiyyətlə, Əmək Qanunvericiliyinə görə, iş yerinə dair məlumatları silmək yaxud zərər vermək əmək müqaviləsinə, daxili qaydalara və məxfilik öhdəliklərinə zidd davranış hesab olunur.
 

Əgər kompüter məlumatları qəsdən məhv edilibsə və ya sistemin fəaliyyəti pozulubsa, serverdən məlumat silinibsə, onda daha böyük cəza gözlənilir. Bu halda cərimə, islah işləri, azadlığın məhdudlaşdırılması, daha ağır hallarda isə həbs cəzası mümkündür.


Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsi, 273.1-ci maddəsinə görə kompyuter məlumatlarının qəsdən silinməsi, bloklanması və bunun nəticəsində əhəmiyyətli zərər vurulmasına görə həmin şəxsi 2000-4000 manat cərimə və ya 2 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir”.   

Əgər işçi özü yaratdığı faylı silirsə, məsuliyyət daşıyırmı, sualına gəlincə hüquqşünas diqqətə çatdırdı ki, əgər həmin fayl iş vaxtında, idarənin resursları ilə hazırlanıbsa, o artıq şəxsi deyil, işə aid məlumat hesab olunur. Eyni qayda Teleqram və ya Vatsapp yazışmalarına da aiddir. İş fəaliyyəti ilə bağlı yazışmalar, tapşırıqlar, müştəri məlumatları qəsdən silinərsə hüquqi problem yarada bilər.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO