WUF13-ün üçüncü günündən yadda qalanlar – FOTOREPORTAJ

WUF13-ün üçüncü günündən yadda qalanlar – FOTOREPORTAJ

Hazırda oxunan: WUF13-ün üçüncü günündən yadda qalanlar – FOTOREPORTAJ

614183

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) üçüncü günü yekunlaşıb.

Bizim.Media xəbər verir ki, forum BMT-nin İnsan Məskənləri Proqramı (UN-Habitat) tərəfindən Azərbaycan hökuməti ilə birgə təşkil olunur.

Forumun üçüncü günündə WUF13 tarixində ilk dəfə olaraq "WUF13 QHT forumu: qlobal tərəfdaşlıqlar və qərarvermə" adlı qeyri - hökumət təşkilatlarının forumu təşkil edilib.

Bundan başqa, bu gün “Əlaqələndirmənin mərkəzində şəhərlər: şəhər yenidənqurması və regional əməkdaşlıq”, “Münaqişə və həssas şəraitdə şəhərsalma məsələlərində həllər vasitəsilə sülhə əsaslanan iqlim fəaliyyəti”, “Erkən xəbərdarlıq sistemləri və iqlim dayanıqlı şəhərlər”, “Münaqişədən sonrakı şəhərsalma: məhv edilmiş kimliyin bərpası və inteqrasiya olunmuş gələcəyin yenidən qurulması” və bu kimi mövzularda onlarla tədbir, dəyirmi masa və panel müzakirələri keçirilib.

Bu tədbirlərdə Azərbaycan və bir sıra dövlətlərin rəsmi şəxsləri çıxış ediblər.

Həmçinin, forumun üçüncü günündə "Urban Expo" mərkəzində "Urban cinema" da fəaliyyətə başlayıb.
 

"İkinci həyat - xalçaların üzərində rəsm" sərgisi də qonaqlara təqdim olunub.


Qeyd edək ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) may ayının 22-ə qədər davam edəcək.








































Günay Şahmar, Vüqar Ağayev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO