Azərbaycanda epidemioloji vəziyyət nəzarət altındadır – RƏSMİ/ÖZƏL

Azərbaycanda epidemioloji vəziyyət nəzarət altındadır – RƏSMİ/ÖZƏL

Hazırda oxunan: Azərbaycanda epidemioloji vəziyyət nəzarət altındadır – RƏSMİ/ÖZƏL

613151

Türkiyədə “Beta infeksiyası” deyilən,  beta-hemolitik streptokok infeksiyasına görə bəzi məktəblər distant rejimə keçib. Mövsüm dətişikliyi ilə əlaqədar  məktəblilər arasında boğaz ağrısı, yüksək hərarət, halsızlıqla müşayiət olunan buna bənzər xəstəlik Azərbaycanda da müşahidə olunduğundan valideynlər arasında narahatlıq yaranıb.

Sual yaranır ki, Türkiyədə yayılan infeksiya ilə Azərbaycanda müşahidə olunan hallar arasında hər hansı əlaqə varmı? Ümumiyyətlə Azərbaycanda hazırda respirator xəstəliklərlə bağlı vəziyyət necə qiymətləndirilir?

Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirildi ki, hazırda ölkə üzrə vəziyyət sabitdir və mövsüm üçün xarakterik olan sporadik respirator infeksiyalar çərçivəsindən kənar artım qeydə alınmayıb.

Türkiyədə müşahidə edilən hallarla Azərbaycanda qeydə alınan mövsümi respirator infeksiyalar arasında hər hansı xüsusi epidemioloji əlaqə müəyyən edilməyib. Epidemioloji vəziyyət aidiyyəti qurumlar tərəfindən daim nəzarətdə saxlanılır.
 

Yoluxucu xəstəliklərin profilaktikası məqsədilə təhsil müəssisələrində sanitariya-gigiyena qaydalarına əməl olunması, gündəlik müşahidələrin aparılması, xəstəlik əlamətləri müşahidə edilən şəxslərin kollektivdən müvəqqəti uzaqlaşdırılması və valideynlərin maarifləndirilməsi istiqamətində tədbirlər davam etdirilir.


Təhsil müəssisələri ilə müvafiq qurumlar arasında operativ məlumat mübadiləsi aparılır və zərurət yarandığı halda əlavə profilaktik tədbirlər görülür.
 
Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO