Bağ mövsümü yaxınlaşır, havalar isindikcə insanlar şəhər səs-küyündən uzaqlaşaraq bağlarda dincəlməyə üz tuturlar. Amma bağda sadəcə istirahət edilmir, həm də o yaşıl gözəlliyi qorumaq üçün işləmək də lazımdır.
Bizim.Media xəbər verir ki, həkimlər yaşından asılı olmayaraq, bağda 10 dəqiqədən artıq işləməyi məsləhət görmürlər. Daha doğrusu, hər 10 dəqiqədənbir fasilə verilməlidir.
Fasilə zamanı vücudu bərpa edən hərəkətlər edilməlidir. Məsələn, dik dayanıb əlləri belə qoymaqla geri əyilmək, sonra dərindən nəfəs almaq lazımdır.
Ayaqlarda venoz tıxanıqlığı aradan qaldırmaq üçün onları silkələmək ən yaxşısıdır. Xüsusilə uzun müddət diz üstə çökmüş vəziyyətdə oturmusunuzsa, ayaqlarınızı düzəldin və ayaq barmaqlarınızı özünüzə tərəf çəkin, bu, bud əzələlərini uzadır.
Bizim.Media


































































































