Qazaxda evdə partlayış: Yaralanan var - FOTO

Qazaxda evdə partlayış: Yaralanan var - FOTO

Hazırda oxunan: Qazaxda evdə partlayış: Yaralanan var - FOTO

612863

Qazaxda fərdi yaşayış evində partlayış baş verib.

Bizim.Media xəbər verir ki, hadisə evin hamam otağında qeydə alınıb.

İlkin məlumata görə, partlayış zamanı 1953-cü il təvəllüdlü Sədaqət Əliyeva xəsarət alıb.
 

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, ötən gün saat 19:30-da bir qadın Qazax Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:


"Üz nahiyəsinin 3-cü və bədənin müxtəlif yerlərinin 2-ci dərəcəli termiki yanığı diaqnozu təyin olunan 1953-cü il təvəllüdlü Sədaqət Əliyevaya zəruri tibbi xidmət göstərildikdən sonra tibb müəssisəsinin Reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti ağır olaraq qiymətləndirilir".

Faktla bağlı araşdırma başlanılıb. (Qafqazinfo.az)





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO