Ütüdəki yanıq izindən qurtulmağın asan formulu

Ütüdəki yanıq izindən qurtulmağın asan formulu

Hazırda oxunan: Ütüdəki yanıq izindən qurtulmağın asan formulu

611424

Ütünün alt hissəsində yaranan yanıq ləkələri həm pis görünüş yaradır, həm də paltarlara zərər verə bilər.

Bizim.Media xəbər verir ki, bu problemi bahalı təmizləyicilərə ehtiyac duymadan, evdə olan sadə bir vasitə ilə həll etmək mümkündür.

İlk olaraq ütünü işə salıb yaxşıca qızmasını təmin edin.

Düz bir yerə bir qədər duz səpin.

Qızmış ütünü duzun üzərində yüngülcə basdıraraq dairəvi hərəkətlərlə gəzdirin.

Duz, ütünün tabanında yığılmış yanıq qalıqlarını maqnit kimi özünə çəkərək təmizləyir.

Proses bitdikdən sonra duz qalıqlarını tamamilə təmizləmək üçün ütünün altını təmiz bir parça ilə silmək faydalıdır.

Bu üsul kimyəvi maddələrdən istifadə etmədən praktiki təmizlik təmin edir və ütünü yenidən ilk günkü vəziyyətinə yaxınlaşdırır. (Milli.Az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO