Dünyanın ən sağlam göyərtisi bəlli oldu: Yol qırağında yetişir

Dünyanın ən sağlam göyərtisi bəlli oldu: Yol qırağında yetişir

Hazırda oxunan: Dünyanın ən sağlam göyərtisi bəlli oldu: Yol qırağında yetişir
610786
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Kiçik yarpaqları ilə tanınan cincilim kalori başına düşən vitamin və mineral sıxlığına görə ispanaq, kələm və brokkoli kimi məşhur rəqiblərini geridə qoyub.

Bizim.Media xəbər verir ki, bu bitkini "super qida" edən əsas xüsusiyyətlər onun zəngin tərkibi ilə bağlıdır.

Yüksək C vitamini və bitki mənşəli birləşmələri sayəsində hüceyrələri sərbəst radikalların zərərli təsirlərindən qoruyur.

Tərkibindəki antioksidantlar damar sağlamlığını dəstəkləyir və ürək xəstəlikləri riskini azaldır.

K vitamini anbarı olan cincilim sümükləri möhkəmləndirir, A vitamini və lutein isə görmə qabiliyyətini qoruyur.

Çox aşağı kalorili olmasına baxmayaraq, yüksək qida dəyəri təqdim etdiyi üçün pəhriz saxlayanlar üçün idealdır.

Necə istehlak edilməlidir?

Cincilim təbii su qaynaqlarının ətrafında yetişdiyi üçün gigiyena ən vacib məsələdir.

Təbiətdən toplanan cincilim bol su ilə çox yaxşı yuyulmalıdır, çünki çirkli su qaynaqlarından gələn bitkilər sağlamlıq üçün risk yarada bilər.

Mütəxəssislər maksimum fayda əldə etmək üçün onu çiy yeməyi tövsiyə edirlər.

Salatlara əlavə edilə, sendviçlərin arasına qoyula, şorba və ya "smoothie" reseptlərinə daxil edilərək dadlandırıla bilər. (milli.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO