SON DƏQİQƏ! Buraxılış imtahanları ilə bağlı QAYDA DƏYİŞDİ – Bu ildən etibarən...

SON DƏQİQƏ! Buraxılış imtahanları ilə bağlı QAYDA DƏYİŞDİ – Bu ildən etibarən...

Hazırda oxunan: SON DƏQİQƏ! Buraxılış imtahanları ilə bağlı QAYDA DƏYİŞDİ – Bu ildən etibarən...

610560

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən incəsənət məktəb və mərkəzlərində bu ildən etibarən ilk dəfə olaraq mərkəzləşdirilmiş buraxılış imtahanları keçiriləcək.

Bu barədə Bizim.Media-ya Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, yeni mexanizm ölkə üzrə bütün müvafiq təhsil müəssisələrində vahid qiymətləndirmə yanaşmasının tətbiqini nəzərdə tutur.

"Məqsəd şagirdlərin bilik və bacarıqlarını eyni meyarlar əsasında ölçmək, nəticələrin obyektivliyini artırmaq və müxtəlif məktəblər üzrə əldə olunan göstəricilərin müqayisəsini mümkün etməkdir
 

Mərkəzləşdirilmiş imtahanlarda 8600-ə yaxın şagirdin iştirakı gözlənilir. Nəticələr yalnız buraxılış göstəricilərini müəyyənləşdirməklə məhdudlaşmayacaq, eyni zamanda tədrisin keyfiyyətinin təhlili, mövcud vəziyyətin qiymətləndirilməsi və gələcək inkişaf istiqamətlərinin müəyyən olunması üçün əsas rol oynayacaq.


İmtahanlar ixtisasların spesifik xüsusiyyətləri nəzərə alınmaqla təşkil ediləcək. Şagirdlərin həm nəzəri hazırlığı, həm də praktiki bacarıqları vahid və şəffaf qaydada yoxlanılacaq" - məlumatda vurğulanıb.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO