Bank borcu olan müştərinin qohumuna zəng etdi - Cərimələndi

Bank borcu olan müştərinin qohumuna zəng etdi - Cərimələndi

Hazırda oxunan: Bank borcu olan müştərinin qohumuna zəng etdi - Cərimələndi

610301

Nərimanov Rayon Məhkəməsi bank sirrinin pozulması ilə bağlı iddianı təmin edib.

Bizim.Media “qafqazinfo.az”a istinadla xəbər verir ki, qətnaməyə əsasən, bank müştərinin hüquqlarını pozduğuna görə ona mənəvi zərərin əvəzi kimi kompensasiya ödəməlidir.

İş materiallarına görə, bank tərəfindən müştərinin gecikmiş kredit borcu ilə bağlı məlumatlar onun razılığı olmadan qohumlarına ötürülüb.
 

Məhkəmə hesab edib ki, şəxsin bankda gecikmiş kreditinin olması bank sirri olmaqla yanaşı, həm də onun şəxsi həyatına aid məlumatdır və bu məlumatlar müştərinin razılığı olmadan üçüncü şəxslərə açıqlana bilməz.


Qeyd olunub ki, borc barədə digər şəxslərə məlumat verilməsi bank sirrinin və şəxsi həyat sirrinin yayılması, həmçinin şəxsi həyatın toxunulmazlığı hüququnun pozulması kimi qiymətləndirilməlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO