Zaqatala sakinlərinin NƏZƏRİNƏ:Bu gün saat 10:00-dan etibarən...

Zaqatala sakinlərinin NƏZƏRİNƏ:Bu gün saat 10:00-dan etibarən...

Hazırda oxunan: Zaqatala sakinlərinin NƏZƏRİNƏ:Bu gün saat 10:00-dan etibarən...

608791

Bu gün saat 10:00-dan etibarən Zaqatala şəhəri və bir neçə kənddə təmir işləri ilə əlaqədar qazın verilməsi dayandırılacaq.

Bizim.Media-nın yerli bürosu Zaqatala Regional Qaz İstismarı İdarəsinə istinadən xəbər verir ki, Zaqatala şəhəri və ona yaxın yaşayış məntəqələri olan Car, Zilban, Kəpəloba, Aşağı Tala, Yuxarı Tala və Çökək kəndlərində 11 min 250 əhali abonenti və 150 qeyri-əhali abonentinin qaz təchizatının müəyyən müddətə dayandırılması planlaşdırılır.

Bildirilib ki, qaz təchizatının dayandırılmasına səbəb Zaqatala rayonunun Aşağı Tala kəndi ərazisində “Təmiz Qaz” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən yerüstü ortatəzyiqli daşıyıcı qaz xəttinin üzərində ölçü-bilans qovşağının quraşdırılmasıdır.

Qeyd olunub ki, işlər başa çatdırıldıqdan sonra qazın verilməsi bərpa ediləcək.

Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO