Hər gün bir dilim YEYİN – Faydaları saymaqla bitmir

Hər gün bir dilim YEYİN – Faydaları saymaqla bitmir

Hazırda oxunan: Hər gün bir dilim YEYİN – Faydaları saymaqla bitmir

607870

Mətbəxlərin kəskin qoxulu və iştah açan ədviyyatı olan zəncəfil sadəcə yeməklərə dad qatan bir detal deyil, onun faydalarını öyrənən bəzi insanlar hər gün bir dilim zəncəfil istehlak edirlər.

Bizim.Media "Ensonhaber" ə istinadla xəbər verir ki, zəncəfil tərkibindəki “gingerol” maddəsi sayəsində orqanizm üzərində güclü təsirlər göstərə bilir.

Antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə seçilən zəncəfil hüceyrələri sərbəst radikalların zərərindən qoruyur və iltihabın azalmasına kömək edə bilər. Bu qida xüsusilə həzm sistemi üzərində müsbət təsirləri ilə diqqət çəkir.
 

Mütəxəssislər bildirir ki, hər gün müntəzəm olaraq 1–2 dilim təzə zəncəfil qəbul etmək həzm sistemindən immunitetə, ürək sağlamlığından qan şəkərinə qədər bir çox sahədə orqanizmə dəstək verə bilər.


Qidalanma mütəxəssisi Sintiya Sas zəncəfilin həzmə kömək etməklə yanaşı, qan şəkərinin tarazlanmasına və xroniki iltihabın azalmasına da müsbət təsir göstərə biləcəyini deyib.

Zəncəfilin ən çox diqqət çəkən faydalarından biri də ürəkbulanmanı yüngülləşdirməsidir.
Ürək sağlamlığı baxımından da vacib hesab edilən zəncəfil xolesterin səviyyəsini aşağı salmağa və damar funksiyalarını yaxşılaşdırmağa kömək edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO