Bakıda 2 küçədə hərəkət məhdudlaşdırılacaq

Bakıda 2 küçədə hərəkət məhdudlaşdırılacaq

Hazırda oxunan: Bakıda 2 küçədə hərəkət məhdudlaşdırılacaq
60741
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Aparılacaq təmir işləri ilə əlaqədar olaraq Yasamal rayonu Bəsti Bağırova küçəsi və Əbdülvahab Salamzadə küçəsinin yan yolunda avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq. 

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb. 

Bildirilir ki, Əbdülvahab Salamzadə küçəsinin yan yolunda (Ceyhun Səlimov küçəsindən Tbilisi prospektinə qədər olan istiqamət üzrə) məhdudlaşma 19 fevral saat 09:00-dan axşam saat 21:00-dək, Bəsti Bağırova küçəsində isə 19 fevral səhər saat 9:00-dan 20 fevral saat 20:00-a qədər davam edəcək. 

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO