
- A-
- A
- A+
Cəmiyyət
11:00 / 02.04.2026
1 dəq oxunma
“BakıKart”ın PARADOKSU - Qəpiklə ödəniş bağlıdır, kağız pul qəbul olunmur... – FOTOFAKT
Hazırda oxunan: “BakıKart”ın PARADOKSU - Qəpiklə ödəniş bağlıdır, kağız pul qəbul olunmur... – FOTOFAKT
604584
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Koroğlu Nəqliyyat Mübadilə Mərkəzinin (NMM) girişində yerləşən “BakıKart” terminalları sərnişinlər üçün istifadəyə yararsız hala gəlib.
Bizim.Media xəbər verir ki, bir neçə həftədir sözügedən terminallarda kağız pul qəbul edilmir.
Belə ki, kağız pulla kart balansını artırmaq istədikdə, ekranda “yalnız qəpik qəbul ediləcək” yazısı görünür.
Məsələ orasındadır ki, yalnız qəpik ödənişi tələb edilsə də, kartın balansını qəpiklə artırmaq da mümkün deyil. Belə ki, ərazidə yerləşən hər iki terminal quraşdırıldığı gündən qəpiklə ödəniş hissəsi bağlıdır.
Sərnişinləri narahat edən problemlə bağlı dəfələrlə BakıKart-ın mətbuat xidmətinə sorğu göndərsək də, sualımız cavablandırılmayıb.
Fotoları təqdim edirik:
Naibə Məmmədova, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.



































































































