7 mənzildən 236 min manatlıq oğurluq edən şəxs azadlıqdan məhrum edildi

7 mənzildən 236 min manatlıq oğurluq edən şəxs azadlıqdan məhrum edildi

Hazırda oxunan: 7 mənzildən 236 min manatlıq oğurluq edən şəxs azadlıqdan məhrum edildi
0:00
0:00
60066
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakıda evlərdən 7 mənzildən 236 min manatlıq oğurluq etməkdə təqsirləndirilən Sadiq Həsənova hökm oxunub və 5 il müddətinə azadlıqdan məhrum edilib.

Bizim.Media xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Qeyd edək ki, rəsmi məlumata əsasən, paytaxtın Nizami rayonu R.Rüstəmov küçəsi 4 ünvanında yaşayan Bakı şəhər sakini olan bir nəfər Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinə ərizə ilə müraciət edərək evindən içərisində 25 000 manat, 1 200 dollar və dəqiq dəyərini bilmədiyi qızıl-zinət əşyalar olan seyfin oğurlandığını bildirib.

Araşdırma zamanı məlum olub ki, 1-ci mərtəbədə yerləşən mənzilə naməlum şəxs dəmir barmaqlıqları sındıraraq pəncərədən daxil olub.

Son bir neçə ayda Nizami rayonunda oxşar məzmunlu, yəni binaların birinci mərtəbələrində yerləşən daha 6 mənzildən oğurluqlar edilməsi polis əməkdaşlarında bu cinayətlərin eyni şəxs və ya şəxslər tərəfindən törədildiyi qənaəti yaradıb. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, qeyd edilən hadisələr Sabunçu rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Sadiq Həsənov tərəfindən törədilib. 24-cü Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılan S.Həsənov etdiyi cinayətləri etiraf edib.

Zərərçəkən şəxslər ifadələrində S.Həsənovun onların mənzillərindən ümumilikdə 38 800 manat, 1 200 dollar və 177 000 manat (ümumilikdə 236 min manat) dəyərində qızıl-zinət əşyaları oğurladıqlarını qeyd ediblər.

Oğurlanan qızılların və pulların bir qismi saxlanılan şəxsin yaşadığı mənzildən aşkar olunaraq maddi sübut kimi götürülüb.
S.Həsənov barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO