"Rusiyalı hərbçilər 2022-ci ilin iyul ayında Severodonetskin zəbt edilməsindən sonra əhəmiyyətli operativ uğurlar əldə edə bilməyib..."
"Rusiyanın Ukraynada hərbi uğurlarının olmaması Putini hər hansı qələbədən danışmaq imkanından məhrum edir..."
Kreml rəhbəri Vladimir Putinin fevralın 21-də Federal Məclisə planlaşdırdığı müraciətində, çətin ki, Ukraynada maharibənin bundan sonra eskalasiyası üzrə tədbirləri, Rusiyanın yeni iri səfərbərlik təşəbbüslərini elan etsin və ya digər mühüm layihələri anons etsin.
Moderator.az xəbər verir ki, barədə Pentaqonun nəzdində fəaliyyət göstərən Amerikanın müharibənin öyrənilməsi İnstitutunun (ISW) hesabatında deyilir.
"Rusiya prezidentinin Federal Məclisə, Dövlət Dumasına və Rusiyanın Federasiya Şurasına müraciəti illik nitqidir və
1994-cü ilin fevralında Rusiya Konstitusiyasında təsbit edilən öhdəlikdir.
2022-ci ilin sonunda Putin bir neçə dəfə özünün Federal Məclisə illik müraciətini təxirə salıb, ümid edib ki, nəhayət, bu nitqindən Rusiyanın Ukraynada miqyaslı qələbələrini qeyd etmək üçün istifadə edəcək. Lakin bunu hərbi rəhbərliyin kəskin tənqidi fonunda edə bilməyib", - ISW analitikləri qeyd edib.
Onlar dəqiqləşdirib ki, rusiyalı hərbçilər 2022-ci ilin iyul ayında Severodonetskin zəbt edilməsindən sonra əhəmiyyətli operativ uğurlar əldə edə bilməyib. O zamandan Ukrayna qüvvələri işğal edilmiş ərazilərin təxminən 18 faizini azad edib.
"Federal Məclisə müraciətini planlaşdırarkən Putin, ehtimal ki, Rusiya qoşunlarının heç olmasa Baxmut rayonunda taktiki uğuru təmin etməsinə bel bağlayıb. Hərçənd, 2022-ci il iyulun 4-dən Rusiya qoşunları bu şəhərin ətrafında yalnız bir neçə km əldə edib, bu zaman dağıdıcı itkilərə məruz qalıb", - ekspertlər yazıb.
Rusiya Silahlı Qüvvələri artıq mövcud olan bölmələrin böyük hissəsini hücum əməliyyatlarının fəallaşması üçün istifadə edib və istifadə edilməyən ehtiyatların olmaması Putinə yeni irimiqyaslı əməliyyatın başlanması barədə elan etməyə mane olacaq, ISW qeyd edib.
"Putin, ehtimal ki, heç nə ilə diqqəti cəlb etməyən niqlə çıxış edəcək, çünki Rusiyanın Ukraynada hərbi uğurlarının olmaması onu hər hansı əhəmiyyətli qələbədən danışmaq və ya əminliklə vəd etmək imkanından məhrum edir.
Ukraynalılar çoxsaylı insan həyatı və texnika itkilərinə rəğmən, Baxmutu inadkacasına müdafiə etməkdə davam edir. Ukraynalıların dəyanəti Putinə hətta bu şəhəri müharibənin ildönümündə ələ keçirməyi deməyə mane olur", - analitiklər deyib.




























































































