İlhamə Quliyevanın bacısı qızı həbsdən buraxıldı – FOTO

İlhamə Quliyevanın bacısı qızı həbsdən buraxıldı – FOTO

Hazırda oxunan: İlhamə Quliyevanın bacısı qızı həbsdən buraxıldı – FOTO
597484
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xalq artisti İlhamə Quliyevanın 10 gün əvvəl dələduzluq ittihamı ilə həbs edilmiş bacısı qızı Nigar Həsənova sərbəst buraxılıb.
 

MÖVZU İLƏ BAĞLI: 

İlhamə Quliyevanın bacısı qızı həbs edildi - FOTO


Bizim.Media “Qafqazinfo.az”a istinadən xəbər veri ki, Bakı Apellyasiya Məhkəməsi belə qərar çıxarıb.

Nigarın vəkili İlqar Rüstəmov saytımıza açıqlamasında deyib ki, həbs qərarından verdiyi apellyasiya şikayəti təmin edilib.

Hakim Faiq Qəniyev Xətai Rayon Məhkəməsinin həbs qərarının qüvvəyə minməsinə əsas görməyib. Nigar Həsənova məhkəmə zalında həbsdən azad edilib.
 

Vəkil əlavə edib ki, bu iş yalnız borc və sələmlə bağlıdır, ortada böyük cinayət yoxdur. Hakim də indiki qərarı qəbul etməzdən əvvəl müdafiə tərəfi ilə eyni nəticəyə gəlib.


Qeyd edək ki, cinayət işi üzrə 18 nəfər zərərçəkmiş qismində tanınıb. İddia olunur ki, zərərçəkmiş şəxslərə məxsus çoxu qızıl-zinət əşyaları olmaqla 810 min 337 manat ziyan dəyib.

İlhamə Quliyevanın bacısı qızı həbsdən buraxıldı – FOTO - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO