Maşın almaq istəyənlərə BƏD XƏBƏR — Apreldən qaydalar dəyişir

Maşın almaq istəyənlərə BƏD XƏBƏR — Apreldən qaydalar dəyişir

Hazırda oxunan: Maşın almaq istəyənlərə BƏD XƏBƏR — Apreldən qaydalar dəyişir
596116
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Tbilisi avtomobil idxalı ilə bağlı qaydaları sərtləşdirməyə hazırlaşır və bu qərar Azərbaycanın maşın bazarına da təsirsiz ötüşməyəcək. Yeni təşəbbüsə görə, 6 ildən köhnə minik avtomobillərinin ölkəyə gətirilməsi və ilkin qeydiyyatı qadağan edilə bilər. Gürcüstan tərəfi bunu ekoloji vəziyyətin yaxşılaşdırılması və avtomobil parkının yenilənməsi ilə izah edir. Lakin bu addım regionda, xüsusən də Gürcüstan üzərindən üçüncü ölkələrə maşın aparan sahibkarların işini çətinləşdirir.

Bizim.Media xəbər verir ki, Azərbaycan bazarı üçün əsas məsələ qadağanın hansı formada tətbiq olunacağıdır. Uzun illərdir ABŞ və digər ölkələrdən alınan avtomobillərin böyük hissəsi Gürcüstan limanları vasitəsilə gətirilir. Əgər 6 ildən köhnə maşınların ölkə ərazisinə girişi tamamilə yasaqlanarsa, bu halda 7 yaşlı və daha köhnə avtomobillərin tranziti texniki cəhətdən dayana bilər. Belə olan halda gömrük və rəsmiləşdirmə mexanizmi işləməyəcək ki, bu da daşınma zəncirini qırır.

Digər ehtimal isə məhdudiyyətin yalnız Gürcüstanda daxili qeydiyyata şamil olunmasıdır. Bu ssenaridə avtomobil ölkə daxilində istismara buraxılmasa da, tranzit və ya reeksport qaydası ilə Azərbaycana göndərilə bilər. Əgər bu mexanizm saxlanılarsa, köhnə avtomobillərin Gürcüstan bazarında satışı bitsə də, bizim bazara yönələn axın tam kəsilməyəcək.

Hazırda əsas sual qadağanın texniki tətbiq qaydasıdır. Məhdudiyyət sadəcə qeydiyyatla bitəcək, yoxsa fiziki olaraq ölkəyə girişi də əhatə edəcək? Qərarın yekun mətni dəqiqləşdikdən sonra həm fərdi alıcılar, həm də şirkətlər üçün vəziyyət aydınlaşacaq. (Demokrat.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO