Bakı metrosunun köhnə qatarları yeniləri ilə BU TARİXDƏ əvəz olunacaq – ÖZƏL

Bakı metrosunun köhnə qatarları yeniləri ilə BU TARİXDƏ əvəz olunacaq – ÖZƏL

Hazırda oxunan: Bakı metrosunun köhnə qatarları yeniləri ilə BU TARİXDƏ əvəz olunacaq – ÖZƏL
594663
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Məlum olduğu kimi, Bakı metropoliteninə məxsus qatarların bir hissəsi yeni, bir hissəsi isə köhnədir. Köhnə qatarlarda isə, xüsusilə, səhər saatlarında daha çox sıxlıq müşahidə olunur.

Bəs köhnə qatarlar nə vaxt tamamilə istifadədən kənarlaşdırılacaq?

Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Bizim.Media-ya verdiyi açıqlamada metroda köhnə qatarların nə vaxt tamamilə yeniləri ilə əvəz olunacağı barədə danışıb:

“Metropolitendə bütün vaqonlar istehsalçının müəyyən etdiyi istismar müddəti bitdikdən sonra xətdən çıxarılır. Vaqon parkının yenilənməsi müntəzəm xarakter daşıdığından proses hər bir vaqonun istismar müddəti əsasında, qanunvericilik və normativ qaydaların tələblərinə uyğun təmin edilir. Hazırda Bakı metropolitenində 4-cü nəsilə mənsub vaqonların sayı 180-ə çatdırılıb. Əvvəlki nəsil vaqonların yeni nəsil analoqları ilə əvəzlənməsi prosesi istismarda saxlama şərtlərinə uyğun həyata keçirilməklə, 2026-ci il də daxil olmaqla, 2042-ci ilədək aparılacaq”.

Fatimə Əliyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO