İbrahim Hüseynov həbs edildi – FOTO

İbrahim Hüseynov həbs edildi – FOTO

Hazırda oxunan: İbrahim Hüseynov həbs edildi – FOTO
592716
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

2022-2025-ci illərdə Vəkillər Kollegiyasının üzvü olmuş İbrahim Hüseynov həbs edilib.

Bizim.Media “Qafqazinfo.az”a istinadən xəbər verir ki, 38 yaşlı keçmiş vəkil Cinayət Məcəlləsinin 178.2.4-cü (Xeyli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə məsuliyyətə cəlb olunub.

Binəqədi Rayon Məhkəməsinin hökmü ilə o, 2 il həbs cəzasına məhkum edilib.

Araşdırmalarla müəyyən olunub ki, İbrahim Hüseynov 2024-cü ildə həbs edilmiş vətəndaşın ailə üzvlərindən həmin şəxsin azadlığa buraxılması müqabilində 44 min manat pul alıb. Lakin İ.Hüseynov verdiyi vədə əməl etməyib. O, narkotik ittihamı ilə tutulan F.Şahbazov adlı şəxsi azadlığa çıxara bilməyib. Bundan sonra həmin şəxsin ailə üzvləri polisə müraciət ediblər.
 

İstintaq müddətində İbrahim Hüseynov aldığı pulun 18 min manatını geri qaytarsa da, böyük hissəsini verməyib.


Qeyd edək ki, İ.Hüseynov “Güvən” vəkil bürosunun vəkili kimi işləyib. Vəkillər Kollegiyasının Mətbuat xidmətindən bildirilib ki, həmin şəxs Rəyasət Heyətinin 25.11.2025-ci il tarixli qərarı ilə Kollegiya üzvlüyündən xaric edilib.

İbrahim Hüseynov həbs edildi – FOTO - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO