Salyan sakinlərinin yol PROBLEMİ: "Palçığın içində itib-batmışıq" - VİDEO

Salyan sakinlərinin yol PROBLEMİ: "Palçığın içində itib-batmışıq" - VİDEO

Hazırda oxunan: Salyan sakinlərinin yol PROBLEMİ: "Palçığın içində itib-batmışıq" - VİDEO
592616
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Salyan şəhərinin "Stansiya" adlanan yaşayış massivində yaşayan sakinlər illərdir yolsuzluq problemindən əziyyət çəkirlər. Söhbət şəhərin 20 Yanvar küçəsindən gedir.

Bizim.Media xəbər verir ki, məsələ ilə bağlı Baku TV-nin qaynar xəttinə müraciət edən sakinlərin sözlərinə görə, təxminən üç il əvvəl ərazidə su-kanalizasiya xətti çəkilsə də, həmin vaxtdan sonra küçənin asfalt örtüyü bərpa olunmayıb.

Sakinlər bildirirlər ki, problemin həlli ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət ediblər. Lakin indiyədək müraciətlərinə konkret cavab verilməyib.

 

"Belə yol olar?! Buna baxın, görün nə gündəyik", - deyə sakinlərdən biri narazılığını bildirib. Başqa bir sakin isə qeyd edib: "Bir maşın gələndə digəri bir saat gözləyir ki, ona yol versin. Palçığın içində itib-batmışıq. Baxan da yoxdur, deyirlər ki, dərdini kimə istəyirsən de".


Məsələ ilə bağlı Salyan Şəhər Bələdiyyəsindən bildirilib ki, yaxın günlərdə sözügedən küçədə təmir işlərinə başlanacaq.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO