Avtobus sürücüsünün telefonunu ələ keçirən şəxs saxlanılıb - FOTO

Avtobus sürücüsünün telefonunu ələ keçirən şəxs saxlanılıb - FOTO

Hazırda oxunan: Avtobus sürücüsünün telefonunu ələ keçirən şəxs saxlanılıb - FOTO
588010
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Polis avtobus sürücüsünün telefonunu ələ keçirən şəxsi saxlayıb.

Bizim.Media xəbər verir ki, Nizami rayonu Q.Qarayev prospektində “Daewoo” markalı sərnişin avtobuslarının birində naməlum sərnişin paytaxt sakini olan sürücünün 450 manat dəyərində mobil telefonunu soyğunçuluq edərək ələ keçirib.

Hadisədən sonra həmin şəxs qaçaraq ərazidən uzaqlaşıb.
 

Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş müraciət əsasında keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 31 yaşlı Sənan Quluzadə saxlanılıb. Həmin şəxsin törətdiyi hadisə təhlükəsizlik kameraları vasitəsilə də anbaan lentə alınıb.


Faktla bağlı araşdırma aparılır.

Avtobus sürücüsünün telefonunu ələ keçirən şəxs saxlanılıb - FOTO - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO