
- A-
- A
- A+
Cəmiyyət
12:54 / 13.12.2025
1 dəq oxunma
Bar vermədiyinə görə kəsmək istədiyi ağac 10 il sonra məhsul verdi – FOTO/VİDEO
Hazırda oxunan: Bar vermədiyinə görə kəsmək istədiyi ağac 10 il sonra məhsul verdi – FOTO/VİDEO
585314
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Xalq arasında belə bir deyim var: “Bar gətirməyən ağaca «kəsəcəyəm» desən, həmin il bar verər”.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Qusar şəhər sakini Canəli Hörmətov bu deyimin həqiqət olduğuna şəxsən şahid olub.
Belə ki, onun həyətyanı sahəsində 10 ildir bar verməyən gavalı ağacı bu il kəsilmək təhlükəsi ilə üz-üzə qaldıqdan sonra gözlənilməz şəkildə bol məhsul verib.
Üstəlik, gavalı ağacı qış fəslində ikinci dəfə çiçəkləyib ki, bu da sahibini xeyli təəccübləndirib.
Canəli Hörmətov gavalı ağacının təkrar çiçəkləməsinin səbəbini dəqiq bilmədiyini desə də, inanır ki, bar verməyən ağaca “kəsəcəyəm” demək bəzən onu məhsula gətirir.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.



































































































