Azərbaycanda gəlinə kilolarla qızıl taxdılar - VİDEO

Azərbaycanda gəlinə kilolarla qızıl taxdılar - VİDEO

Hazırda oxunan: Azərbaycanda gəlinə kilolarla qızıl taxdılar - VİDEO
584143
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanda keçirilən toy mərasimində gəlinə kilolarla qızıl bağlanması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Bizim.Media xəbər verir ki, paylaşılan görüntülərdə gəlinin qollarına və boynuna çox sayda ağır və bahalı zinət əşyalarının taxıldığı görünür.

Kadrlarda qızılların çəkisinin çoxluğu səbəbindən gəlinin əllərini qaldırmaqda çətinlik çəkdiyi də diqqətdən yayınmayıb.
 

Sosial şəbəkə istifadəçiləri bu səhnələri müxtəlif cür qarşılayıblar: bəziləri belə təmtəraqlı hədiyyələri "var-dövlət nümayişi" kimi qiymətləndirib, digərləri isə bunun toy ənənəsinin bir hissəsi olduğunu bildiriblər.


Mərasimdən paylaşılan video qısa müddətdə minlərlə baxış toplayaraq böyük müzakirə yaradıb.

Toyun harada və nə zaman keçirildiyi dəqiq bilinməsə də, mövzu sosial mediada ən çox danışılanlar arasına düşüb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO