Sərxoş halda canlı yayım açan hərbi hissə mühəndisi HƏBS OLUNDU

Sərxoş halda canlı yayım açan hərbi hissə mühəndisi HƏBS OLUNDU

Hazırda oxunan: Sərxoş halda canlı yayım açan hərbi hissə mühəndisi HƏBS OLUNDU
583451
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“TikTok”da açdığı canlı yayımda cəmiyyətə qarşı açıq hörmətsizlik edən şəxs məsuliyyətə cəlb olunub.

Bizim.Media “Qafqazinfo.az”a istinadən xəbər verir ki, Tovuzda yaşayan Füzuli rayon sakini 50 yaşlı Eldar Rzayevin (ad şərtidir) canlı yayım zamanı nalayiq ifadələr işlətməsi ilə bağlı polis tərəfindən tədbir görülüb.

Məlum olub ki, o, canlı yayıma ağır dərəcəli sərxoş vəziyyətdə çıxıb və cəmiyyətə qarşı hörmətsizlik nümayiş etdirən qeyri-etik paylaşımlar edib. Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun protokol tərtib edilərək məhkəməyə göndərilib.

Rzayev izahatında etdiyi hərəkətlərdən peşman olduğunu desə də, məhkəmənin qərarına əsasən ona 25 sutka inzibati həbs verilib.

Qeyd edək ki, həbs edilən şəxs “N” saylı hərbi hissədə mühəndis vəzifəsində işləyir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO