
- A-
- A
- A+
Cəmiyyət
19:10 / 30.11.2025
1 dəq oxunma
Cəlilabaddakı faciəli qətlin təfərrüatı - Ər işdən yenicə qayıdıbmış
Hazırda oxunan: Cəlilabaddakı faciəli qətlin təfərrüatı - Ər işdən yenicə qayıdıbmış
583158
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Cəlilabadda baş vermiş faciəli qətlin təfərrüatları məlum olub.
Bizim.Media xəbər verir ki, yaralı vəziyyətdə xəstəxanaya çatdırılan 35 yaşlı Vüsal Cəfərov bütün tibbi müdaxilələrə baxmayaraq dünyasını dəyişib.
Əvvəlcə Vüsal Cəfərovun yıxılaraq xəsarət aldıgı deyilsə də, aparılan araşdırmalar hadisənin qəsdən törədildiyini göstərib.
Məlum olub ki, Vüsal Cəfərov həyat yoldaşı Kəsirə Cəfərova tərəfindən bıçaqlanıb.
Hadisə günorta saatlarında ər-arvad arasında yaranan mübahisə zamanı baş verib.
Kəsirə Cəfərova polis tərəfindən saxlanılıb.
Qeyd olunur ki, mərhum Vüsal Cəfərov daş karxanasında işləyirmiş və hadisə baş verən gün işdən evinə yenicə qayıdıbmış.
Sabutay, Bizim.Media, Cənub bürosu
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.

































































































